“YARAT!” Müasir
İncəsənət Məkanının “Sevir – Sevmir” sərgisi
uğurlu alınıb
Mayın
30-da Venesiyada, Tesa 111, Arsenale Nord ünvanında yerləşən
pavilyonda Aida Mahmudovanın rəhbərlik etdiyi “YARAT!”
Müasir İncəsənət Məkanının “Sevir –
Sevmir” adlı sərgisinin təntənəli
açılışı olub. “YARAT!” Müasir İncəsənət
Məkanı qeyri-kommersiya təşkilatı olaraq Azərbaycan
incəsənətinin ölkəmizdə və xaricdəki
etibarlı platforması qismində ilk dəfə bu il Beynəlxalq
Venesiya Biennalesində iştirak edib.
Azərbaycanın
birinci xanımı, “Heydər Əliyev Fondunun” prezidenti
Mehriban Əliyeva, “Heydər Əliyev Fondunun” vitse-prezidenti
Leyla Əliyeva, Arzu Əliyeva, M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı filialının rektoru,
“ÜNS” Yaradıcı səhnəsinin bədii rəhbəri,
professor Nərgiz Paşayeva, “YARAT!” Müasir İncəsənət
Məkanının qurucusu Aida Mahmudova, görkəmli ictimai
xadimlər, tanınmış incəsənət və mədəniyyət
xadimləri, diplomatik missiya nümayəndələri də sərgini
ziyarət ediblər.
Sərginin
qonaqları arasında ”Tate Modern”
qalereyasının direktoru cənab Kris Derkon, ”Lisson”
qalereyasının yaradıcısı Nikolas Loqsdeyl, Londonda
yerləşən ”Blain/Southern Gallery” qalereyasının rəhbərləri
Harri Bleyn və Qraham Souzern, ”Art Dubai” qalereyasının
direktoru Antonia Karver və ”Tate Modern” qalereyasının kuratoru
Culyet Binqham da olub.
“Sevir –
Sevmir” adlanan, ölçüsünə görə misli
görünməyən sərgi özündə Azərbaycan,
Türkiyə, İran, Rusiya və Gürcüstandan olmaqla 17
müasir rəssamın işini toplayıb. Onun
iştirakçıları və müəllifləri qismində
Faiq Əhməd, Rəşad Ələkbərov, Əfruz
Amiqi, Kutluq Ataman, Şoja Azari, Rəşad Babayev, Mahmud
Baxşi, Əli Banisadr, Əli Həsənov, Orxan Hüseynov,
Sitarə İbrahimova, Aida Mahmudova, Taus Maxaçeva, Fərhad
Moşiri, Fərid Rəsulov, “Slavyanlar və Tatarlar” art-kollektivi
və Aliko Zautoşvili var. Sərginin adı ”Slavyanlar və
Tatarlar”ın işlərindən biri olan ”Love me Love me not”
(Sevir – Sevmir) adından götürülüb, bu isə
öz növbəsində köhnə uşaq məsəlidir.
Rəssamların əslən olduqları ölkələr,
birlikdə yaxud ayrılıqda bir çox şeylərdən
keçmişlər: müstəqillik əldə edilməsi,
tarixi hadisələrə yeni
baxış, iqtisadi bərpa və milli mənsubiyyət
krizisi. Bütöv xalqlar milli ideyanı əldə etmək
uğrunda çalışır, qanunlar və adətlər
dəyişilir, şəhərlər köhnə
adlarını itirirdilər. Müsbət və mənfi dəyişikliklər
elə tezlikdə baş verirdi ki, sanki kimsə
çobanyastığı gülünün ləçəklərini
qopardır, ürəyində isə deyirdi: ”Sevir – Sevmir”.
Sərgidə
hər bir iştirakçı ölkənin inkişaf
dinamikası göstərilmiş,
həmçinin tarixin az tanınan yaxud unudulmuş
aspektləri işıqlandırılmış, həm də
sərgiyə gələnlərə xalqların və ölkələrin
keçdiyi təkamülbarəsində tanışlıq
verilmişdir. Sərgiyə aşağıdakı müəlliflər
və onların işləri daxil idi:
Aida
Mahmudova (Azərbaycan) Sent-Martin London İncəsənət Kollecinin
məzunudur və ”YARAT!” Müasir İncəsənət Məkanının
qurucusudur. Onun biennaledə təqdim etdiyi iş ”Recyced” (yenidən
işləmək), vaxtilə Bakı evlərinin pəncərələrini
bəzəyən dəmir barmaqlıqların əsasında
hazırlanan şəbəkəli instalyasiyadır.Rəssam
onlara yeni həyat verir və bununla nostalji mövzuya
toxunmuş olur. Çox vaxt nostalji hiss konkret bir yer
üçün darıxmaqdan da artıq bir şeydir. Əksər
hallarda belə anda duyulan kədər şüuraltı olaraq
müəyyən ətir, səs və duyğularla
bağlıdır. Müəllif sanki hiss edilməyən və
qeyri-müəyyən bir şeyə müəyyən forma
verməyə çalışır. İnformasiya
texnologiyası dövrü üçün ”Recycled”
instalyasiyası insan qəlbinin və yaddaşının qəribə
xüsusiyyətləri haqqında olan düşüncə
formasıdır.
Əfruz
Amiqi (İran) gənc rəssamdır, Nyu-Yorkda yaşayır,
şərq nağıl və əfsanələrindən
ilhamlanıb. Onun işi böyük Ruminin
danışdığı, iki xalq ( çin və yunan)
arasında olan yarışma haqqındaolan mifin əsasında
yaranmışdır. Çin və yunan rəssamlarını
divarüstü incəsənətdə yarışmağa məcbur
edən sultan, sonda məcburən hər iki tərəfi qalib
elan etmişdir. Rəqiblər biri-birindən gizlin
çalışırdılar, amma çinli rəssamın
yaratdığı əsərin gözəlliyi və
virtuozluğu yunanların qurduqları hamar cilalanmış
divarın əksində daha parlaq görünür. Əfruz
Amiqi tərəfindən xüsusi olaraq Venesiya Biennalesi
üçün hazırlanmış instalyasiyada
uyğunsuzluq uyğunlaşdırılaraq, regionun mürəkkəbliyi
və ikimənalı görüntüsü əks
edilmişdir. Tam olaraq əl işi olan əsər,
qaçqınlar üçün çadırların
tikildiyi materialdan hazırlanmışdı, üzərindəki
incə naxışlar isə eyni zamanda ispan bağını,
həm də şərq ornamentinin xatırladırdı.
Əli
Banisadr (İran) ”Fravaşi” adlanan işində hadisələr
üzərində insan iradəsinin qələbəsi
mövzusuna müraciət etmişdi. On iki yaşı olanda o,
doğma Tehran şəhərindən Nyu-York şəhərinə
köçməyə məcbur olmuşdur.İran-İraq
müharibəsi rəssamın
yaradıcılığında öz izini qoymuşdur. Onun
diptixi zərdüştlik fəlsəfəsinə görə
insanı bədbəxt hadisələrdən, səhvlərdən
və günahlardan qoruyan, dünyanı fırlanmağa məcbur
edən fövqal qüvvənin – ”Fravişinin” müasir
izahıdır. Zərdüştlükdən sonra gələn
İslam dininə baxmayaraq, qədim dinin bəzi xüsusiyyətləri
hələ də Azərbaycan və İran mədəniyyətində
yaşamaqdadır.Əsər özünə və həyat
çətinliklərinə qalib gələn insanlara həsr
edilmişdir.
Rəssam,
musiqiçi, kinematoqraf Əli Həsənov (Azərbaycan) eyni
zamanda müxtəlif istiqamətlərdə və janrlarda
çalışır. Sərgidə rəssam ”Sahiblər”
adlanan, saysız-hesabsız ev süpürgələrindən
ibarət instalyasiya ilə təmsil edilmişdi. Süpürgə
kimi çox sadə bir əşya rəssamın gözündə
böyük çəkiyə malik ola bilər. Süpürgə
– fiziki əməyin və səyin ifadəsidir. Süpürgə
– səliqə salmaq üçün vasitə, xaosa və
çirkə qarşı mübarizə silahıdır.Rəssamın
fikrincə indiki dövrdə insanlar süpürgələri
kənara qoyaraq vaxtlarını laqqırtıya və uzunuzadı
müzakirələrə sərf edirlər.Qlobal kateqoriyalarla
mühakimə edərkən biz bir şeyi unuduruq: normal fəaliyyət
göstərən cəmiyyət orada ola bilər ki, harada hər
kəs vicdanla öz işini görmüş olsun. Yeni ”multi-mədəni”
cəmiyyətdə süpürgə həm də
özünü seçilmiş sayan bəzi xalqların etnik
”zibillərdən” (həmin xalqlardan asılı vəziyyətə
düşən digər xalq və millətlər)
aldıqları qisasın parodiyasıdır.
İliko
Zoutoşvilinin (Gürcüstan) yaradıcı fəaliyyət
dövrü vətənində baş verən sosial və
siyasi qarışıqlıq dövrü ilə üst-üstə
düşmüşdür. İqtisadi qeyri-stabil vəziyyət
və sabahkı günə inamın olmaması insanları
maddi problemlərə qarşı mübarizəyə
bütün güc və fikirlərini sərf etməyə
sövq edirdi.”Vaxt vaxtla itir” instalyasiyası ilə o,
insanları maddi rifahın arxasınca qaçmamağa və
bizi əhatə edən dünyanı dərk etməyə
çağırır. Ekranda daima iki obraz görünür:
üzünü səs-küylü şəhərə tərəf
tutmuş insan və vaxtın sürətlə getdiyini simvolizə
edən çay. Səliqəsiz formada yerə
atılmış yastıqlar isə ayaq saxlayıb sakitlikdən
həzz almağa dəvət edir.
Kutluq
Ataman (Türkiyə) ”Sütun”
adlanan instalyasiyanı təqdim etmişdir, ”Mesopotamiya
dramaturgiyası” adlı silsiləvi işin davamıdır. Bu
sütundakı daşları 42
ədəd televizor monitoru əvəz edir.Hər bir ekranda
Anadolu regionunun sakinlərinin simaları göstərilir.Qadınlar
və kişilər, qocalar və uşaqlar, yorğun və kədərli
halda susaraq sizə baxırlar.Rəssam bu işi ilə, öz
ölkəsinin və xalqının taleyində iştirak etmək
hüququndan məhrum edilmiş insanlara səs hüququnun
verilməsini tələb edir.
Mahmud
Baxşi (İran) ”Millətin anası” adlı istalyasiya
insanları qurban vermək üçün olan maya
piramidalarını xatırladan əzəmətli bir
qurğudur. Diqqətlə baxanda görürsən ki,
piramidanın zirvəsindən dayanmadan neft axır, ”qara
qızıl” eyni zamanda ölkəni yedizdirir, onu maddi rifaha
doğru aparır və bizi də özünə əsir
edir.
Orxan
Hüseynov (Azərbaycan) sərgidə ”Brüs Layın həyatı”
adlı nostalji filmlə
iştirak edir. Film Brüs Linin bir az solğun
oxşarı olan, Honq-Konqlu aktyor-imitator Brüs Lay haqqında
rəssamın dostlarının verdikləri qısa müsahibələr
silsiləsindən ibrarətdir. Sovet İttifaqında 80-ci illərdə
böyüyən yeniyetmələr yalanın qurbanı
olmuşdurlar, çünki çox vaxt saxta birisini orijinal
kimi qəbul edirdilər.Həqiqəti bildikdən sonra onlar
oxşar aktyorların mövcudluğu haqqında ən absurd
izahlar uydururdular.
Rəşad
Ələkbərov (Azərbaycan)”Lost in translation...this is too
shall pass” adlı instalyasiya təqdim
etmişdir, bu iş postsovet məkanı ölkələrinin necə mürəkkəb
dil irsinə sahib olması
haqqındadır. Azərbaycan əlifbası son 70 il ərzində
3 dəfə dəyişdirilib, bu isə təkrar olaraq
öyrənmək məcburiyyətində qalan insanların
özünü anlamasında iz qoymaya bilməzdi. Rəssam
işıq və kölgə ilə etdiyi virtuoz işləri
ilə tanınır. Pleksiqlasdan olan bu instalyasiyaya işıq
və kölgə oyunu xüsusi gözəllik verir.
Rəşad
Babayev (Azərbaycan)”YARAT!”ın pavilyonu üçün
xüsusi olaraq ”Arzular ağacı” adlı instalyasiyanı hazırlamışdır. Ənənəvi
olaraq Azərbaycanda və hətta onun hüdudlarından kənarda
insanlar ağacın budaqlarında parça kəsikləri
yaxud rəngli lentlər bağlayaraq ümid edirlər ki,
arzuları həyata keçəcək. Əsrlərlə
mövcud olan ”arzuların maddiləşdirilməsi” ayini zaman keçdikcə toxunulmaz
qalmışdır, sadəcə insanlar üçün dəyər
şkalasında müəyyən dəyişikliklər
baş vermişdi. İndiki kütləvi istehlak zəmanəsində
insanlar ”Arzular Ağacının” yanına gələrək
lüks təmirli ev, bahalı avtomobil və dizayner geyimləri
haqqında xəyallar qurur. Rəssam bugünün ”bizi”
haqqında danışır. Onun əncir ağacı
canlı və təsirlidir, ağac bahalı parçalara
bürünmüş və budaqlarından brend geyimlərin
doğranmış hissə və parçaları
asılmışdır.
Gənc
fotoqraf-rəssam Sitarə İbrahimova (Azərbaycan)artıq
özünün ”Qarabağda İtənlər” adlanan silsilə
işlərinə görə
peşəkarların yüksək qiymətinə layiq
görülmüşdür. Bu dəfə o video və foto
materiallardan ibrarət iş tərtib etmiş və onu ”The
Edge” adı altında təqdim etmişdir. Ağdamda və Azərbaycan-Ermənistan
sərhədində yerləşən digər rayonlarda
çəkilən şəkillərdə həyatın təsirli
və kədərli anları göstərilmişdir – itkin
düşənlərin simaları, itən əşyalar, toy
mərasimləri və süfrə arxası mənzərə.
”Slavyanlar
və Tatarlar” (Rusiya) art-qrupu ”Molla Nəsrəddin –
Antimodernist” adlanan istehza dolu
işləri ilə biennaledə iştirak edirdi. Müəlliflərin
dediklərinə görə, heykəltəraşlıq
kompozisiyasının (eşşək üzərində tərs
oturan Molla Nəsrəddin) hazırlanmasında yaradıcı
təkan, 20-ci əsrin əvvəllərində Azərbaycanda Cəlil Məmmədquluzadənin rəhbərliyi
altında çap edilən əfsanəvi ”Molla Nəsrəddin”
jurnalının oxunması olmuşdur. Jurnal riyakar ruhaniləri
məsxərəyə qoyur, avamlıq və
ikiüzlülüyə qarşı mubarizə
aparırdı, ziyalı təbəqənin nöqteyi-nəzəri
hesab edilirdi. Eşşəyin üstündə oturan Molla Nəsrəddin
aramla, amma inamla gələcəyə doğru gedirdi. Amma
indiki dövrün rəssamları seçilmiş istiqamətin
düzgün olub olmamasına əmin deyillər. Nəyə
üstünlük verməli – qərb dəyərləri yoxsa
köhnə dövrlərə qayıdış? Artıq
heç nəyə elə-belə inanmırlar.
Taus Maxaçeva (Rusiya) ”Hamsutl” adlanan və Dağıstanda, dağlarda yerləşən eyni adlı kəndə həsr olunan ,16 dəqiqəlik film çəkmişdir. Nə vaxtsa alınmaz qala olan, Fars və Rusiya imperiyasının mübarizə apardığı yer olan Hamsutl indi bomboşdur. Onun qalıqları getdikcə dağ landşaftına qatışır. Filmin müəllifi qəhrəman kimi bir rəqqası seçmişdir, hansı ki, tam sakitlikdə rəqs edərək, yalnız bədən plastikasının köməyi ilə kəndin tarixində dönüş yaradan anlardan danışır. Gənc rəqqas işğalçı-döyüşçü obrazında, dinc sakin obrazında və digər obrazlarda canlandırılır. Taus Maxaçeva hal-hazırda London Kral İncəsənət Akademiyasında magistr pilləsində təhsil alır, birinci ixtisası isə xoreoqrafdır.
Fərhad Moşiri (İran) əl işi olan 550 şərq xalçasında ibarət iri həcimli instalyasiya yaratmışdır. Onun əsəri ”Kiosk de Curiosite” adlanır. Bu əsərlə rəssam informasiya axını ilə bol dünyanın ifrat məlumat şəbəkəsinə fikrini bildirmiş olur. Televiziya, mətbuat və internet gündəlik olaraq bizə siyasət, iqtisadiyyat və dedi-qodular haqqında məlumat çatdırır, amma hər dəfə biz həqiqətin bir hissəsini, yaxud da onun surroqat formasını əldə etmiş oluruq. Nöqteyi-nəzərimizi özümüz seçirik, yoxsa mətbuat bizə hətta olmadığımız ölkələr haqqında məlumatlar sırıyır? Hər xalçanın üzərində məşhur nəşriyyatların üz qabıqları təsvir edilmişdir. Bəziləri senzuranın əli ilə parça-parça edilmişdir. İran İslam Respublikasında yaşayan müəllif üçün bu acı həqiqətdir. Müəllif özü etiraf edir ki, qəzet köşklərinə ehtiyacı var, hər dəfə özü ilə həqiqətin bir hissəsini əldə etmək və özünü canlı hiss etmək istəyir.
Faiq Əhmədin (Azərbaycan) instalyasiyası müasirlik və adətlər arasında möhkəm bağlılığı meydana çıxarır. Rəssam stereotipləri sındıraraq Azərbaycan xalçasının təsvir kanonlarını dağıdır ki, biz öz keçmişimizə ayrı prizmadan baxaq.
Azərbaycanda xalça hələ qədim zamanlardan mədəni irs sayılır. Onun tarixini və məğzini araşdıran rəssam öz yaradığı işləri müasir zaman üçün aktual sayılan yeni mövzularla doldurur. Pavilyonun günbəzinə qədər dartılmış iplər mədniyyətlərin, dillərin, taleylərin və tarixin müəllifin əslən olduğu regionda sıx uzlaşması təəssüratını yaradır. Rəssam indiyədək də Azərbaycanı Venesiyada təmsil edib.
Fərid Rəsulov (Azərbaycan) Bakının urbanizasiyası mövzusunu birləşdirən işlər silsiləsi yaratmışdır. Onun işlərində Azərbaycan üçün ənənəvi olan şəbəkə beton konstruksiya ilə uzlaşır. Şüşənin zərifliyi sanki beton kubun içərisində batır və maraqlı alyans yaratmış olur. Rəssam əvvəl də Venesiya Biennalesində iştirak etmişdir.
Şoja Azari (İran) rəssam və kinematoqraf Nizami Gəncəvinin ”Yeddi Gözəl” klassik poeması əsasında ”Qara Şah” adlanan 25 dəqiqəlik film təqdim etmişdir. Onun işi nəinki qazanılmış və itirilmiş cənnət barəsində və İslamda olan ”səbirlilik” mövzusunda bir hekayədir, bu həmçinin texniki baxımdan unikal bir işdir. Qeyri-adi vizual effekti əldə etmək üçün rəssam minlərlə rəsmdən istifadə etmişdir.
Sərgi 55-ci Beynəlxalq Venesiya Biennalesinin kollateral tədbirlər proqramı çərçivəsində keçirilir və 2013-cü ilin noyabr ayının 24-ə kimi davam edəcəkdir. Sərginin kuratoru Yaxın Şərq və İran üzrə mütəxəssis, əvvəllər ”Kristi” hərrac evi ilə əməkdaşlıq etmiş Dina Nasser-Xadividir. Layihənin sponsorları ”Gilan Holding” və Azərbaycanda meyvə şirələri bazarının lideri ”Jalə” şirkətidir.
525-ci qəzet.-
2013.- 6 iyun.- S.7.